Türkiyənin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun nümayəndələri ilə görüş keçirilib

Türkiyənin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun nümayəndələri ilə görüş keçirilib 2025-04-11 10:25:57
Türkiyə ilə daşınmaz əmlakın kadastrı və reyestri sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun nümayəndələri ilə görüş keçirilib.

Görüşdə hər 2 ölkədə daşınmaz əmlakın qeydiyyatı və kadastr sahələrində görülmüş işlər barədə məlumat verilib, həyata keçirilən qarşılıqlı səfərlərin, geniş təcrübə mübadiləsinin mühüm rolu qeyd edilib.

Görüşdə daşınmaz əmlakın, xüsusilə torpaqların idarəedilməsi, daşınmaz əmlakın kadastrı və reyestri, o cümlədən geodeziya və xəritəçəkmə sahələrində təcrübə və informasiya mübadiləsinin aparılması, Azərbaycanda 3D kadastr sisteminin tətbiqi üzrə əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Aprelin 11-dək ölkəmizdə səfərdə olacaq Türkiyədən olan nümayəndə heyəti ilə sahəvi mövzularla bağlı görüşlər keçirilir.
Digər şəkillər